Binəqədi və Nəsimi rayonlarında su probleminin səbəbi bəlli oldu - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:24 Tacikistana getmək istəyən Türkiyə vətəndaşları üçün YENİ QƏRAR  |     12:13 Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA  |     12:12 Elnur Məmmədov: “Valideynlərim üç il məni heç kimə göstərməyiblər”  |     12:11 Ermənilərin Xocalıda dağıtdıqları qəbiristanlıq bərpa edilir - VİDEO  |     12:05 Bakıda 12 yaşlı qızcığaz paltar almaq adı ilə qaçırıldı- DƏHŞƏTLİ FAKTLAR - VİDEO  |     12:02 Aİ nümayəndəliyi: “Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur”  |     11:45 Bayram günlərində 32 avtoqəza olub, doqquz nəfər ölüb  |     11:34 Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib  |     20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |    

Binəqədi və Nəsimi rayonlarında su probleminin səbəbi bəlli oldu - RƏSMİ

“Bakı Metropoliteni” QSC tərəfindən Binəqədi rayonu ərazisində yeni depo inşa edilir. Deponun tikintisi ilə əlaqədar Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərində su problemi yaranıb”.

Bu sözləri Oxu.Az-a “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

“Həmin ərazidən “Azərsu” ASC-nin magistral su xətti keçir. Qurumun apardığı depo tikintisi ilə bağlı biz də magistral su xəttində təmir işləri aparmalı olduq. Bu səbəbdən də ərazidə yaşayan əhaliyə içməli suyun verilməsi dayandırılıb.

Təmir işləri demək olar ki, yekunlaşıb. Ərazilərə suyun verilməsi artıq bərpa olunub. Mövcud vəziyyət Binəqədi və Nəsimi rayonlarının bir hissəsini əhatə edirdi. Bir neçə saat ərzində əhaliyə suyun verilməsi normal qaydada təmin olunacaq”.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin “Xocahəsən” deposu Binəqədi rayonu ərazisində inşa olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 588 27.03.20 16:25