“Tramadol” satan şəxs tutuldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Tramadol” satan şəxs tutuldu - VİDEO
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində güclü təsir edən psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilir ki, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Zaur Mustafayev şübhəli şəxs qismində rayon ərazisində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə Z.Mustafayevin üzərinə baxış keçirilən zaman ondan satış məqsədilə saxladığı 58 ədəd “Tramadol” həbi aşkar edilib.

Dindirilmə zamanı Z.Mustafayev həmin həblərin ona məxsus olduğunu və satmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          510 26.03.20 14:58