Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? |
Mojo.az Avto
Mojo.az Avto

Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlama

25.03.2020 23:14 1 991
Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlama
Penitensiar Xidmət penitensiar müəssisələrdə məhbusların koronavirusa yoluxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Bu, tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər də bildirdiyimiz kimi, kompleks profilaktik-maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk. Koronavirusla bağlı hər hansı bir, hətta ehtimal olunan belə bir hal baş verməyib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində, son günlər ərzində ümumiyyətlə həkimlərə müraciət halları demək olar ki, minumuma endirilib. Yəni bütün bu məsələlər tam ciddi nəzarət altındadır. Hətta bizim hər bir əməkdaşımız xidmətə çıxanda nəzarət buraxılış məntəqəsində yoxlanılır. Onlar işə qoruyucu maskalarla gəlirlər, hərarətləri ölçülür. Bütün lazımi tədbirlər həyata keçirilir və belə də davam etdirilir. Çox şükürlər olsun ki, bununla bağlı hər hansı ciddi problemimiz yoxdur", - deyə M.Sadıqov qeyd edib.

Son xəbərlər