Azərbaycanda bu vəzifəli şəxslər məzuniyyətə çıxanda əlavə müavinət alacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanda bu vəzifəli şəxslər məzuniyyətə çıxanda əlavə müavinət alacaq
Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

APA-nın məlumatına görə, bu müddəa bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn sistemlə keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          583 25.03.20 22:45