AZAL bu yüklərin təmənnasız əsaslarla daşınmasını həyata keçirəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


AZAL bu yüklərin təmənnasız əsaslarla daşınmasını həyata keçirəcək
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə ilə bağlı görülən tədbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada və təmənnasız əsaslarla daşınmasını həyata keçirəcək.

Qeyd edək ki, AZAL QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edirlər.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          556 25.03.20 19:29