Ərzaqların keyfiyyətinə nəzarət gücləndiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


Ərzaqların keyfiyyətinə nəzarət gücləndiriləcək
Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarəti gücləndiriləcək.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum geni dəyişdirilmiş məhsulların və saxta malların ölkəyə gətirilməsinin qarşısını almaq, ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarətini gücləndirmək öhdəliyi götürüb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          578 24.03.20 23:42