Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Hökumət tibbi maskaların qiymətinə münasibət bildirdi

24.03.2020 23:30 1 943
Hökumət tibbi maskaların qiymətinə münasibət bildirdi
"Azərbaycanda tibbi maska istehsal edən müəssisədə ilkin olaraq istehsal həcmi gündəlik təqribən 90-100 min olacaq. Tədricən maksimal istehsal gücü gündəlik 200 minə çatacaq. Bu, Azərbaycanın gündəlik tələbatını ödəyən bir rəqəmdir".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, iqtisadi hesablamaların nəticəsində məlum olub ki, fevral ayında maskalara ən çox ehtiyac olduğu kulminasiya günlərində 200 min tibbi maska satılıb: "Yerdə qalan digər günlərdə isə satış 90-120 min olub".

İ.Məmmədov bildirib ki, tibbi maska istehsal etməklə yanaşı həm də idxal edəcək:

"Bilirsiniz ki, Azərbaycana tibbi maska da idxal edilir. Depolarda kifayət qədər tibbi maskalar var, xüsusilə ehtiyatda da saxlanılır. Ona görə də idxal və depolardakı ehtiyat da saxlanılmaqla gündəlik 200 min tibbi maska istehsal edəcək".

Nazirlər Kabinetinin sözçüsü Azərbaycanda istehsal olunacaq tibbi maskaların qiyməti haqqında da danışıb. O vurğulayıb ki, tibbi maskaların qiymətlərinə nəzarət üçün Prezident İlham Əliyevin müvafiq sərəncamı var:

"Bu sərəncamın əsasında tapşırılıb ki, bu dövrdə iqtisadi sabitlik və istehlak bazarında qiymətlərə nəzarət qorunmalıdır. Ona görə də tibbi maskaların qiyməti ilə bağlı məsələlər diqqətdədir. Prezidentin bu məsələdə siyasi iradəsi belədir ki, əhalinin infeksiyadan təhlükəsizliyi maksimum təmin olunmalıdır, iqtisadi sektorlara və iqtisadiyyata dəyən ziyan minimallaşdırılmalıdır və sosial müdafiəyə ehtiyacı olan insanların sosial müdafiəsi təmin olunmalıdır".

Qeyd edək ki, martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska maska istehsal edən müəssisə işə başlayacaq.

Son xəbərlər