Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə: İşçilərin həftəlik növbə əsasında yarısı işə cəlb edilsin

24.03.2020 21:36 1 706
Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə: İşçilərin həftəlik növbə əsasında yarısı işə cəlb edilsin
Obyektlərdə şəxsin (şəxslərin) koronavirusa yoluxma halı qeydə alınarsa, kollektivin tam tərkibi karantinə alınacaq.

Median.Az
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.

Müəssisə və şirkət rəhbərlərinə müraciət edən Nazirlik insanları maksimum diqqətli olmağa çağırıb.

Bildirilib ki, koronavirus pandemiyasının (COVİD-19) yayılması təhlükəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini və obyektlərdə koronavirusa yoluxma halı qeydə alınarsa, həmin şəxslə (şəxslərlə) birlikdə işçilərin tam tərkibdə karantinə alınacağını nəzərə alaraq, iş fəaliyyəti məhdudlaşdırılmayan həyat əhəmiyyətli, eləcə də mühüm istehsal, emal və satış obyektlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə müəssisə və şirkət rəhbərlərinə işçilərin həftəlik növbə əsasında 50%-nin işə cəlb edilməsi tövsiyə olunur.

Belə ki, obyektdə işləyən şəxsdə (şəxslərdə) koronavirusa yoluxma baş verərsə, həmin şəxslə (şəxslərlə) birlikdə olan digər işçilər tam tərkibdə karantinə alınmalı, müvafiq dezinfeksiya tədbirlərindən sonra işçilərin digər 50%-i ilə obyektin fasiləsiz fəaliyyətini təmin etməlidir.//oxu.az

Son xəbərlər