Miqrasiya Xidməti: 30 aprel tarixinədək bütün əcnəbilərin müraciətləri qəbul edilmiş hesab olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:42 OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər  |     11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |     11:22 Bakıda qayınata kürəkənini lomla döydü  |     23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |     22:44 Azərbaycan Çinə toyuq əti ixrac edəcək  |     22:38 Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər - TOP-5  |     22:31 Daha bir şirkət rəhbərinə “stop” qoyuldu  |     22:24 Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı  |     22:16 Zəngilanla bağlı 1,3 milyonluq layihə  |     22:11 Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb  |     22:04 Tokayev ictimai yerlərdə niqabı qadağan etdi  |     21:59 Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO  |     21:50 FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq  |     21:45 Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?  |     21:36 Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək  |     21:30 "Qarabağ" yoxlama görüşündə "Zirə"yə qalib gəldi  |     21:22 Bu klinikada yoxlama aparıldı, cərimə edildi  |     21:17 NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək  |    

Miqrasiya Xidməti: 30 aprel tarixinədək bütün əcnəbilərin müraciətləri qəbul edilmiş hesab olunur

Bu gündən 30 aprel tarixinədək ölkəmizdə olma müddəti bitən (həmçinin mütəmadi giriş-çıxış edən) bütün əcnəbilərin müraciətləri Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir.

Bu barədə Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə qəbul şöbələrinə yaxınlaşmaqla müraciət etməyə, əlavə narahatlıq keçirməyə ehtiyac yoxdur:

“Bu şəxslər yalnız elektron qaydada və ya ödəniş terminalı vasitəsilə dövlət rüsumunu ödəməklə müvafiq icazə qərarlarını əldə edə bilərlər. Üç gün ərzində həmin şəxslər üçün ödəniş kodları Xidmətin internet səhifəsində yerləşdiriləcək. İcazə qərarlarının götürülməsi üçün hazırda qəbul şöbələrinə yaxınlaşma zərurəti yoxdur və bunu tövsiyə etmirik”.

Qeyd edək ki, ətraflı məlumat Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdirilib, əlavə olaraq şərh bölməsində paylaşımlar edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 242 24.03.20 19:43