Qaradağın icra başçısı cəzalandırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |    

Qaradağın icra başçısı cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə keçirilib.

"Report"un əldə etdiyi məlumata görə, müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib. Gündəlik olaraq həyətlər, bina girişləri, liftlər xüsusi materiallarla dezinfeksiya olunur, küçə və prospektlər yuyulur.

Rayon icra hakimiyyəti başçıları qarşısında kollektiv mülkiyyətdə olan Mənzil Tikinti Kooperativlərinin binalarında və rayon qəsəbələrində şəhər strukturlarının köməyi ilə dezinfeksiya işinin təşkil olunması məsələsi qoyulub.

Müşavirə zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, dezinfeksiya tədbirləri bir neçə günlük nəzərdə tutulmayıb. Bu işlər davamlı xarakter daşımalı və hər bir qurum buna hazır olmalıdır. Eldar Əzizov bildirib ki, dövlət başçısının dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat, texnika və maliyyə təminatı baxımından heç bir problem yoxdur.

Müşavirə zamanı mart ayının 23-ü şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işlərinin aparılması ilə bağlı monitorinqlər aparıldığı bildirilib. Nəticələrdə şəhərin mərkəzində və mərkəzə bitişik ərazilərində qarşıya qoyulan vəzifələrin əsasən icra olunduğu qeyd olunsa da, bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu vurğulanıb. Belə ki, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş icra olunmuş və qarşıya qoyulan vəzifələr lazımi səviyyədə təşkil olunmayıb. Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib. Qeyd olunub ki, belə halların Qaradağda və ya başqa rayonlarda təkrar olunması xüsusi vəziyyət şəraitində işi təşkil etməyi bacarmamaq kimi qiymətləndiriləcək.

Tədbir zamanı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Qaradağ rayonunda aparılan dezinfeksiya işlərində yaxından kömək etmək tapşırılıb. Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qısa zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağına dair söz verib.

Müşavirədə qeyd olunan nöqsanlardan nəticə çıxarılmasının, verilən tapşırıqların icrasına kadrların məsuliyyətinin artırılmasının vacibliyi bildirilib və bu sahədə işlərin gücləndirilməsi üçün əlavə tədbirlər planı müzakirə edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 209 24.03.20 19:05