Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.
Median.Az-ın report-a istinadən məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis rəsmi "Twitter" hesabı vasitəsilə ilə məlumat verib.
O, koronavirus testinin müsbət nəticələndiyini və hazırda xəstəxanada olduğunu vurğulayıb.