Çinlilər koronavirusdan qorunmaq üçün görün nələr edirlər - İNANILMAZ QAYDALAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |     15:21 Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO  |     15:13 Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar  |     15:11 Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ  |     15:06 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb  |     13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |    

Çinlilər koronavirusdan qorunmaq üçün görün nələr edirlər - İNANILMAZ QAYDALAR

10 ildən çoxdur ki, həyat yoldaşı və qızları ilə Çində yaşayan rusiyalı yutuber Donata Sobakinova koronavirusdan qorunmağın yolları ilə bağlı şəxsi təcrübələrini və Çin həkimlərinin tövsiyələrini izləyiciləri ilə bölüşüb.

Median.Az
xəbər verir ki, Donata yutub kanalında infeksiyanın qarşısını almaq üsullarından, eləcə də riayət etdikləri qaydalar barədə ətraflı məlumat verib.

Çin bu vəziyyətdə əhaliyə nə tövsiyə edir?

"Düşünürəm ki, məsləhətlərim faydalı olacaq. Çünki Çinin xəstəliklə mübarizədə artıq böyük təcrübəsi var. Bildiyiniz kimi, artıq qəsəbələrdə yoluxmaların sayı məhdudlaşıb", - deyə o, qeyd edib.

D.Sobakinova birinci əllərin düzgün yuyulma qaydalarını izah edib:

"Evə daxil olan kimi əllərimizi yuyur, sonra üst geyimi çıxardır və yenidən əlləri yuyuruq. Əlləri ikinci dəfə yuduqdan sonra antiseptik məhlullardan istifadə etmək tövsiyə edilir, lakin bunu biz hərdən edirdik, hərdən yox. Virus əllərdən asanlıqla yuyulur, odur ki, əlləri yuxarı istiqamətdə deyil, aşağı istiqamətdə tutaraq yumaq lazımdır. Üst geyimləri əsasən ya eyvanda, ya da xüsusi yerdə saxlamağı məsləhət görürlər. Əgər hava günəşli deyilsə, üst geyimlərini eyvanda 3 günə qədər saxlamaq məsləhətdir. Əgər hava günəşlidirsə, 1 saatdan 12 saata qədər saxlamaq lazımdır. Belə olan halda iki üst geyimindən istifadə etməlisiniz ki, dəyişikli geyinə biləsiniz. Virus dəri yolu ilə yoluxmur, lakin yaralar varsa, onu tibbi yapışdırıcı ilə yaxşıca örtün. Çünki plastr belə halda effektiv olmaya bilər, virus hava yolu ilə içəri daxil ola bilər.

Həmçinin üzünü qırxan kişiləri də potensial təhlükə gözləyir. Məsələ ondadır ki, üzünü qırxan zaman dərini kəsə bilərlər. Manikür zamanı da kiçik kəsiklər meydana gəldiyi üçün ehtiyatlı davranmaq lazımdır. Qaşların alınması da kifayət qədər təhlükəlidir".

Çində yaşayan qadın bildirib ki, saçların hər gün yuyulmasına ehtiyac yoxdur:

"Həm xarici, həm də Çin KİV-ləri yazır ki, saçları hər gün yumaq lazım deyil. Lakin hər hansı xəstə ilə təmasda olmusunuzsa, şübhə varsa, saçları əlbəttə ki, yumaq tələb olunur. Tibb işçisinizsə, xəstələrlə tez-tez ünsiyyətdə olursunuza, saçlarınızı tez-tez yumaq məcburiyyətindəsiniz.

Ayaqqabı ilə bağlı tez-tez suallar verilir. Onları da spirtlə təmizləyirik. Eyni zamanda geyimlərin də üzərində spirt sıxırıq. Lakin bu bir qədər təhlükəlidir. Odla təmasda yanma ehtimalı yüksəkdir. Çində bir kişinin başına belə bir hadisə gəlmişdi. Üzərinə həddən artıq spirt sıxdığı üçün qızdırıcının yanında yanmağa başlamış və yanıq xəsarətləri almışdı. Odur ki, üzərinizə spirt sıxan zaman maksimum ehtiyatlı olun.

Bundan başqa, bəziləri dezinfeksiya olunmuş ayaqqabı və ya qapı altlıqları istifadə etməyi tövsiyə edir. Altlıqlar xlor əsaslı məhlullarla dezinfeksiya edilir. Mağazaya gedəndə maska və əlcək taxırıq. Mümkünsə, liftdən deyil, pilləkənlərdən istifadə etmək məsləhətdir. Çünki lift qapalı məkandır. Bununla belə liftlər Çində bir çox dezinfeksiya edici məhsullarla təmizlənir. Liftin düymələrinə salfetlə basa bilərsiniz. Liftdən çıxan kimi zibil yeşiyi var, salfetləri o qutuya atırıq. Avtomobili də eyni dərədəcə dezinfeksiya etmək və havalandırmaq lazımdır. Evləri isə gün ərzində 3 dəfə, 30 dəqiqədən az olmayaraq havalandırın".

O, əlavə edib ki, əlləri üzə və gözlərə toxundurmaq olmaz:

"Telefon və kameralar da antiseptiklə təmizlənir. Mağazadan aldığımız bütün məhsulları yuyuruq. Tərəvəz və meyvələri xüsusi sabunla yuyur, sonra qabığını soyuruq. Eyni zamanda qablaşdırmada satılan məhsulları da yaxşıca yuyuruq, hətta çörək paketlərini də. Ola bilsin ki, sonuncuları etmək artıqdır, lakin bu, bir çoxlarına riayət etməli olduğu təmizlik qaydalarını öyrədəcək".

Donatanın sözlərinə görə, koronaviruslar kifayət qədər iri və ağırdır:

"Bu fakt mənim üçün də yeni oldu, onlar bədənə daxil olan kimi təsir edir. Alimlər bildirib ki, koronaviruslu xəstə vaqonda asqırarsa, ətrafa yayılan damcılar digərlərini də xəstəliyə yoluxdurur. Eynilə qrip də, qrip xəstəsi vaqonda asqırarsa, güman ki, çoxlarını qripə yoluxduracaq. Odur ki, insanlarla 1-2 metr məsafə saxlamağa çalışın.

Əgər virus kobud səthə hopubsa, məsələn, əlimizi paltoya vursaq, böyük ehtimalla virus yapışmayacaq. Lakin düz və hamar səhtlərdə daha çox yaşayır. Odur ki, əllərinizi və telefonu tez-tez silin. Aparılan araşdırmalar göstərir ki, koronavirus səthdə, 20 dərəcə temperaturda 2 gün, mənfi bir dərəcədə isə bir həftəyə qədər yaşaya bilər. Yəni soyuq yerdə daha çox yaşayır. Bundan başqa, belə bir şəraitdə kimsəsiz it və pişiklərə yaxın durmamaq tapşırılıb.

N95 və ya 4 qatlı maskalar tövsiyə olunsa da, n95 maskaların effektivliyi dəqiq deyil. Hər halda artıq yoluxmuş şəxsin başqalarını yoluxdurmaması üçün maska taxması zəruridir və bu, mübahisə olunmur. Əgər kimsə yanınızda asqırıbsa, gözlərinizi yumub nəfəsinizi tutun ki, yoluxmaq riskini azalda biləsiniz.

Çində bildiyiniz kimi, eynək taxanlar çoxdur, burundan nəfəs alanda eynəyin şüşələri tərləyir. Tərləməyin qarşısını almaq üçün maskanın üstünə salfet qoymaq tövsiyə olunur".

Donata sonda xəstəliyin simptonlarından söz açıb:

"Əsas əlamətlər quru öskürək, ürəkbulanma və qızdırmadır. Lakin xəstəlik heç bir əlamət olmadan da irəliləyə bilər, belə hallarda olur. Yemək və ya kanalizasiya vasitəsilə yoluxmaq barədə hələlik heç bir məlumat yoxdur". (publika.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 222 23.03.20 23:47