Anton Qura: “UIA-nın neçə yoluxmuş təyyarəsinin Ukraynaya və ya Azərbaycana gəldiyi məlum deyil” - MÜSAHİBƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda


Anton Qura: “UIA-nın neçə yoluxmuş təyyarəsinin Ukraynaya və ya Azərbaycana gəldiyi məlum deyil” - MÜSAHİBƏ
Martın 22-dən etibarən postsovet məkanının ən böyük şəhərlərindən biri olan Kiyev sərnişin daşımanı tamamilə dayandırdı. Yalnız fövqəladə xidmət, aptek və ərzaq mağazalarının işçiləri daşınacaq. Müstəqil Tibb İşçiləri Birliyinin həmtəsisçisi Anton Qura bu cür tədbirləri tam dəstəkləyir.

Anton Qura səs-küy yaradan Milan-Kiyev reysi videosunun müəllifidir. Təyyarədə koronavirus simptomları olan insanlar uçub. Kiyevə gəldikdən sonra Ukrayna Beynəlxalq Hava Yollarına (UIA) aid təyyarədən üç sərnişin koronavirus şübhəsi ilə aparılıb.

“Mən şüurluyam. Özümü təcrid edəcəyəm. Necə düşünürsünüz, göyərtədəki 190 nəfərdən hər kəs özünü təcrid edəcək?”, - Anton Qura “Hakimiyyət hüququ” verilişinin efirində bu mövzuda fikir bildirib.

Bundan əlavə eniş zamanı heç kimə skrininq edilmədi - hamı sadəcə təyyarədəki oturacaqlarına dəvət edildi. “Borispol” hava limanında təyyarənin sərnişinləri üçün temperatur müayinəsi şəklində əlavə təhlükəsizlik tədbirləri görülmədi.

Anton Qura ilə söhbətə Media.Az sağlamlıqla bağlı sualla başlayıb.

- Milandan Kiyevə səs-küy yaradan uçuşdan sonra özünüzü necə hiss edirsiniz?

- Temperaturum var idi və mən canlı yayımda COVID-19 koronavirus testi verdim. Onlar keyfiyyətsizdir. Bunlar Ukrayna və Avropa ərazisinə çatdırılan Çin sistemləridir. Böyük ölçüdə buna görə İtaliyada belə bir kədərli mənzərəni görürük.

Dünən bir xəstəxanada məndə koronavirus aşkar edildi. Bütün protokollar üzrə sənədlər dolduruldu. Sonra başqa bir xəstəxanaya getdim və məndə koronavirus aşkarlanmadı. Test sistemləri eynidir, onlar nə Çində, nə də bizdə sistemin tələblərə uyğun olması barədə yoxlamadan keçməyib, təsdiqlənməyib.

Bu o deməkdir ki, xəstəlik halları ilə bağlı həqiqi vəziyyəti bilmək mümkün deyil. İtaliya da ilk mərhələdə eyni problemlə üzləşdi.

Canlı yayım zamanı test sistemlərindəki pozuntuları göstərdim. Profilaktikaya və diaqnostikaya yanaşmanı dəyişdirməsək, onda Ukraynada və dünyanın əksər ölkələrində mənzərə İtaliyadakından daha pis olacaq.

- Kiyevdə sərnişin nəqliyyatının hərəkətini tamamilə dayandırmaq qərarına gəldilər...

- ...Tamamilə əsaslıdır! Virusun kəskin yayıldığını başa düşməlisiniz. İtaliyada bütün bu vəziyyəti canlı gördüm. Buna görə nəqliyyatın bloklanması, karantin zonalarının tətbiqi lazımdır. Çində belə oldu və nəticəsini görürük.


- Bəs işləyən insanlar necə olsun?

- Uzaqdan, onlayn çalışsın. İtaliyada heç kim ofislərdə işə getmir.

- Bəs zavodlar və fabriklər?

- İndi dövlət istənilən müəssisə üçün vergi tətillərinin tətbiqinə getməlidir. Bu yolla həll ediləcək...

- Təyyarədəki sensasion videodan sonra sizi təxribatlarda ittiham etməyə başladılar. Ancaq həqiqətən təyyarənin asqıran və öskürən insanlarla dolu olduğu görünürdü. Onlar Kiyevə çıxdılar və əhalinin arasına qarışdılar. Ancaq bu, yalnız bir reysdir və belələri gün ərzində onlarla, yüzlərlədir.

- Bəli, mən qalmaqal yaratmasaydım, problem barədə heç kim bilə bilməzdi. Ukrayna Beynəlxalq Hava Yolları (UIA) məlumatların şəbəkəyə sızacağından çox qorxdu. UIA bütün dünyaya uçur. Bu gün bu təyyarə Milana, sabah Minskə, ertəsi gün Bakıya, iki gün sonra Dubaya uçacaq. Lakin təyyarələrdəki filtrlər dəyişdirilmir, kondisionerlər təmizlənmir. Nəticədə, zəncirvari reaksiya baş verir, koronavirus yayılır. Ukraynaya və ya Azərbaycana nə qədər bu cür yoluxmuş təyyarələrin uçduğu məlum deyil.

İndi Ukraynada bəzi məlumatlara görə 460 min fəsadları olan ocaqlı ikitərəfli sətəlcəm xəstəlikləri qeydə alınıb. Dekabrın əvvəlindən bu yana 56 min insan ölüb. Hesablamalar aparılsa, faiz çıxarılsa, onda deyə bilərik ki, COVID-19-a yoluxan xəstələrin sayı təqribən 150 min nəfərdir və təxminən 10 min nəfər ölüb. Bizdə sətəlcəm aşkarlanır və 3-4 gün sonra insan ölür. Belə olmur.

Mən Ukrayna Ali Radasının Millətin Sağlamlığı, Tibbi Yardım və Tibbi Sığorta Komitəsinin rəhbəri Mixail Radutski ilə danışdım, ölkədəki vəziyyət barədə məlumatı ona çatdırmağa çalışdım. Karantin pozulmasına görə cinayət məsuliyyətinə qədər sərt tədbirlər tətbiq etmək lazımdır.

- Azərbaycanda karantinin pozulmasına görə cəza tətbiq edildi.

- Düzgündür! İndi Kiyev şəhərinin tamamilə bağlanmasına, bütün giriş və çıxışların qapadılmasına nail olmağa çalışıram. Bilirəm ki, Bakıya giriş qadağandır. Əhsən sizə!

İndi yaya qədər çox qalmayıb. Virus isti havaları sevmir. Buna görə evdə qalmaq və karantini ən azı iki ay tətbiq etmək lazımdır.

Ancaq həm Azərbaycan, həm də Ukrayna üçün ən vacib şey payıza hazır olmaqdır. Virus artıq altı mutasiya mərhələsindən keçib. Bədən güclü immunitetə sahib olanda virus gizlənmə funksiyasına sahibdir. Çinli həmkarlarım bu barədə danışdılar. Amma əgər COVID-19 gizlənibsə və mənə zərər vermirsə, bu o demək deyil ki, digər insanlar üçün də zərərsizdir. Buna görə valideynlərimin yanına getmirəm, insanlarla danışmaq məcburiyyətində qalanda infeksiya mənbəyi olmamaq üçün 2-3 metr məsafə saxlayıram.

Yeri gəlmişkən, martın 23-də İYD (infeksiyaların yüksək-həssas diaqnostikası - red.) edəcəyik və testlərim Almaniyaya göndəriləcək.

- Özünüzü təcrid etmək, karantin və sabunla əl yumaqdan başqa hansı praktik məsləhətlər verə bilərsiniz?

- Mütləq C və D vitaminləri qəbul edin. C vitamini - virusu məhv edir, D vitamini - immunitet sistemini stimullaşdırır. Ancaq əlbəttə ki, həddi aşmaq gərək deyil.

Bundan əlavə, şəxsən beş damla peroksidin məhlulu ilə hər gün burun boşluğunu yuyuram. Virus gözlərdən və qırtlaqdan keçir. İctimai yerlərə çıxarkən gözlərinizi qorumaq üçün eynək taxın. Virusun olmaması üçün maska və ya başqa bir şeylə qorunmalı olan üzümüzə daha az toxunmağı öyrənməliyik. Bütün bunlar, karantinlə eyni vaxtda Çində fayda verdi.

Yekunda deyim ki: hər xalq üçün bir peyvənd icad edə bilərsiniz. Aydındır ki, azərbaycanlıların və ukraynalıların immuniteti fərqlidir. Biz səylərimizi birləşdirib, maliyyə vəsaiti ayırıb, maskaların tədarükündə bir-birimizə kömək etməliyik.

Həkimlərinizə kömək edin. Ukraynada “xəstəxanalara tibb işçisini pulsuz gətirirəm” adlı bir fləşmob başlatdım.

Və başqa bir məqam, amma şəxsən mənə də aiddir. Əgər yoluxmadığım üzə çıxsa, o zaman mən bəşəriyyətə COVID-19-la mübarizədə dəstək olacaq dərmanın sınaqları üçün yoluxdurulmağa hazıram. Düzdür, buna görə bizdə cinayət məsuliyyəti daşıyırsan, ona görə də mən özüm-özümü yoluxdurmalı, canlı efirdə infeksiyanı qanıma yeritməli olacağam. Daha sonra müalicə olunacaq və bu prosesin necə getdiyini göstərəcəm. Mən buna hazıram. Təyyarədə riskə getdim, Milana uçdum. Bunu hansısa xüsusi xidmətim kimi qiymətləndirmirəm. Ancaq insanların həyatını xilas edə bilsəm, o zaman heç olmasa, o biri dünyada nəzərə alınacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          686 23.03.20 19:29