Beyləqanda müvəqqəti duracağa aparılan sürücü öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:52 Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb  |     12:46 Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb  |     12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |     12:06 Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər  |     11:54 "Qarabağ" "Zalsburq"la oynayacaq  |     11:46 DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi  |     11:42 OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər  |     11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |     11:22 Bakıda qayınata kürəkənini lomla döydü  |     23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |     22:44 Azərbaycan Çinə toyuq əti ixrac edəcək  |     22:38 Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər - TOP-5  |     22:31 Daha bir şirkət rəhbərinə “stop” qoyuldu  |     22:24 Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı  |     22:16 Zəngilanla bağlı 1,3 milyonluq layihə  |     22:11 Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb  |     22:04 Tokayev ictimai yerlərdə niqabı qadağan etdi  |     21:59 Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO  |    

Beyləqanda müvəqqəti duracağa aparılan sürücü öldü

Martın 19-u saat 17 radələrində Beyləqan Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları xidmətdə olarkən hərəkətdə olan “Niva” markalı avtomobili üzərində keçmiş Sovetlər İttifaqından qalan (22-66 АГБ) qeydiyyat nişanı ilə idarə edildiyi üçün saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, yerindəcə araşdırmalar zamanı avtomobilin sürücüsü - 70 yaşlı Ziyafət Novruzovun sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, Yol Patrul Xidməti (YPX) əməkdaşları avtomobili müvəqqəti duracağa aparıblar.

Orada sürücü Z.Novruzovun səhhəti pisləşib və çağırılan Təcili Tibbi Yardım briqadası gələnədək vəfat edib.

Həkimlərin verdiyi rəyə görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 875 20.03.20 20:01