Google Map bu funksiyanı daha əlçatan etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Google Map bu funksiyanı daha əlçatan etdi
Keçən ay on beş yaşını qeyd edən Google Map mobil tətbiqi yenilənərək bir neçə funksiya əlavə edilib.

Median.Az
ed.az-a istinadən bildirir ki, Google Map-də "Live view" adlı canlı gəzinti funksiyası daha əlçatan olacaq. Xəritədə bir yer seçdikdən sonra yaranan "canlı görüntü" düyməsi vasitəsilə məkanı canlı izləmək mümkün olacaq. Şirkət rəsmiləri yeniliyi tətbiqin bu funksiyasının daha əlçatan olması üçün etdiklərini bildiriblər. Çünki hazırda Google Map-də bu funksiyadan yararlanmaq üçün öncə yol tariflərini başlatmaq, daha sonra kamera əsaslı istifadəçi interfeysini açmaq üçün canlı görüntü bölməsini seçmək lazımdır. Bu funksiyadan xəbərsiz olanlar isə onu gözdən qaçırırlar. Yeniliklərdən sonra canlı görüntü funksiyası Google Map-də məkan axtararkən anındaca görünəcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          552 19.03.20 23:58