DİN-dən əməliyyat: Keçmiş məhkum tutuldu, evindən narkotik tapıldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |     14:06 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:40 Bakıda 10 yaşlı oğlan itkin düşüb  |     13:40 DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  |    

DİN-dən əməliyyat: Keçmiş məhkum tutuldu, evindən narkotik tapıldı - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Ceyhun Qurbanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan bir bükümdə narkotik vasitə olan heroin və kibrit qutusunda 7,61 qram qurudulmuş marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq C.Qurbanovun yaşadığı evə də baxış keçirilib. Oradan 21,284 qram heroin və sellofan torbada 2 kiloqram 155 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 353 19.03.20 14:41