Bərdədə ağır qəza: Ölən və yaralananlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bərdədə ağır qəza: Ölən və yaralananlar var
Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Lənbəran kəndi ərazisindən keçən yolda baş verib.

Belə ki, “Hyundai Elentra” markalı avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Xuduzadə idarəetməni itirərək, avtomobili yolun kənarındakı kanala aşırıb. Hadisə zamanı avtomobilin içərisində sürücü ilə yanaşı, iki sərnişin olub.

Müxtəlif bədən xəsarətləri ilə sürücü və sərnişinlər- Sadəgül Həsənova, Günel Mirzəyeva, Heyran Həsənova təcili olaraq yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. S.Həsənova aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.
/oxu.az/скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          664 17.03.20 12:47