Beynəlxalq Olimpiya Komitəsi əməkdaşlarına evdən işləməyi tapşırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Beynəlxalq Olimpiya Komitəsi əməkdaşlarına evdən işləməyi tapşırdı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasına görə İsveçrənin Lozanna şəhərindəki qərargahında çalışan əməkdaşlarının evdən işləməsinə icazə verib.

BOK-un 500-dən çox işçisi bu gündən etibarən evdən işləyəcək.

Həmçinin, COVID-19 Olimpiya Muzeyinin də iki həftəliyə bağlanılmasına səbəb olub.

İsveçrə hökuməti aprelin sonunadək 50-dən çox insanın toplaşmasını qadağan edən qərar qəbul edib. Ölkədə məktəblər bağlanıb.

Qeyd edək ki, BOK-un prezidenti Tomas Bax martın 17-də telekonfrans keçirəcək. Telekonfransda Tokio Olimpiadasının, lisenziya xalları verən yarışların gələcək taleyi müzakirə olunacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          609 16.03.20 13:25