UEFA avrokubokun daha 3 oyununun azarkeşsiz keçiriləcəyini açıqlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


UEFA avrokubokun daha 3 oyununun azarkeşsiz keçiriləcəyini açıqlayıb
Avropa Liqasının 1/8 final mərhələsinin daha 3 oyunu koronavirus xəstəliyinin yayılması səbəbindən azarkeşsiz keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bunlardan ikisi ilk, biri isə cavab matçlarına təsadüf edəcək.

UEFA sabah baş tutacaq LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə) və "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) qarşılaşmasına azarkeşlərin buraxılmasını qadağan edib. Həmçinin martın 19-da Almaniya "Bayer"i ilə Şotlandiya təmsilçisi "Reyncers" arasında Leverkuzendəki cavab qarşılaşması da boş tribunalar önündə oynanılacaq.

Qeyd edək ki, UEFA sabah keçirilməsi nəzərdə tutulan "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" oyununu təxirə salıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          694 11.03.20 23:38