Dövlət Komitəsindən Natəvanın heykəlinə qarşı törədilən vandalizmlə bağlı RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |    

Dövlət Komitəsindən Natəvanın heykəlinə qarşı törədilən vandalizmlə bağlı RƏSMİ AÇIQLAMA

Belçikanın Vaterloo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilməsi Avropada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresi bu xoşagəlməz insidentlə bağlı məktubla Vaterloo şəhər meri Floran Röterə müraciət ediblər.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının məktubunda bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar Günündən bir qədər sonra baş verən bu insident Azərbaycan qadınına şiddət və vandalizm aktı kimi qiymətləndirilir:

“Bu yolverilməzdir və günahkarların tapılıb cəzalandırılması üçün təcili tədbirlərin görülməsini xahiş edirik”.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovun məktubunda bu hadisə dəhşətli xəbər adlandırılıb:

“Təəssüf ki, bunu kimin edə biləcəyindən anlayışımız yoxdur və biz kimin və nədən bunu etdiyini öyrənmək istəyirik. Biz Sizdən və müstəntiqlərinizdən bunu kimin etdiyini araşdırmağınızı xahiş edirik.

Biz çox məşhur şairlərimizdən birinə ucaldılmış bu abidəni yüksək dəyərləndiririk və bu hərəkət bizim üçün çox ağırdır. Ümid edirik ki, bunun nə məna kəsb etdiyini və Vaterlooda bu abidənin bizim üçün necə dəyərə malik olduğunu siz başa düşürsünüz”.

Sonda merin bu məsələ ilə bağlı tezliklə cavab verəcəyinə ümid ifadə olunub.

Xatırladaq ki, Belçika Krallığının Vaterloo şəhərinin mərkəzi parkında Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvana abidə ucaldılması Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib. Abidənin açılışı 2016-cı il fevralın 18-də olub.

Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində görülən işlərə bir töhfədir.

Heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 788 11.03.20 15:32