Bakıda mebel sexinin işçisi lift şaxtasına yıxıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda mebel sexinin işçisi lift şaxtasına yıxıldı
Martın 7-də saat 23:00-da Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ziya Bünyadov prospektində yerləşən dördmərtəbəli binada mebel sexinin işçisi, Bakı şəhər sakini Elnur Rəhimov (1997-ci il təvəllüdlü) liftin şaxtasına yıxılıb.

E.Rəhimov 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Nərimanov rayonu 17-ci polis şöbəsi tərəfindən araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          705 09.03.20 16:43