Həbsdə olan baş həkimdən YENİ XƏBƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda


Həbsdə olan baş həkimdən YENİ XƏBƏR
Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlu barəsindəki hökmdən kassasiya şikayəti verib.

Bakupost xəbər verir ki, şikayət Ali Məhkəmədə hakim Hafiz Nəsibovun icraatına verilib.

T.Kosayev şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, T.Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.

Cinayət işi üzrə beş nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə T.Kosayev iki il müddətinə azadlıqdan məhrum edilib.

Şəki Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib.

Onu da qeyd edək ki, T.Kosayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi olub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 444 09.03.20 15:30