Bu gün şəhid olan əsgərimizin atası: “Deyirdi, ayın sonu özüm gələcəm” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:59 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:46 Ramazan ayının 28-ci gününün imsak, iftar və namaz vaxtları  |     21:23 İsrail raket atəşinə tutulub: Ölən və yaralananlar var  |     21:17 10 günə 5 kq - Alma pəhrizi  |     21:07 Gürcüstanda Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat turnirinin qalibləri mükafatlandırılıb  |     21:04 Türkiyəyə göndərilən daha 3 qazi sağalaraq Vətənə döndü  |     20:46 Ermənistan parlamenti ikinci dəfə Paşinyanın namizədliyini rədd etdi  |     20:38 Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib - FOTO  |     20:27 Ermənilərin daha bir yalanı ifşa edildi – FOTO  |     20:15 Lavrov Bakıya gəldi  |     20:01 Azərbaycanda #PeyvəndOlundum kampaniyasına başlanılıb  |     19:32 Bakıda külək binanın dam örtüyünü uçurub  |     19:31 Gürcüstan Azərbaycandan min ton aviasiya yanacağı idxal edib  |     18:47 “Space” TV-nin yeni rəhbəri istefa verdi  |     18:30 İsraildə prezident seçkisinin tarixi açıqlanıb  |     17:52 Erməni təxribatı bitmək bilmir: Qar əridikcə ölüm tələləri üzə çıxır - VİDEO  |     17:51 Türkiyədə xəbərdarlıq: Yayılan virus COVID-19-la səhv salına bilər  |     17:22 Paşinyanın kortecində qəza: Yaralılar var - VİDEO  |     17:16 Azərbaycanda son sutka ərzində 18 nəfər koronavirusdan ölüb - FOTO  |     17:01 Üç gündür itkin düşən rusiyalı nazir tapıldı  |    

Bu gün şəhid olan əsgərimizin atası: “Deyirdi, ayın sonu özüm gələcəm” - VİDEO
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı şəhid olan əsgər Qarayev Eltun Elman oğlu Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Əsgər Eltun Qarayevlə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı rayonun Qazıqurdalı kəndində olub.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, həmçinin, rayon ictimaiyyəti iştirak edib.

Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı atasına təqdim edilib. Daha sonra havaya yayılım atəşi aşılıb.

Şəhidin atası Elman Qarayevin sözlərinə görə, oğlunu sonuncu dəfə beş-altı ay əvvəl görüb.

“Məktub yazırdı. Bu ayın sonu məzuniyyətə gəlməli idi, amma şəhid olub gəldi. Bir dəfə yanına getdik, hərbi hissədə idi deyə, yanımıza gələ bilmədi. Görmədən gəldik. Ancaq məktub yazırdı. Deyirdi, ata, özüm ayın sonu gələcəm”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 415 07.03.20 19:25