Mayk Pompeo: "Çin koronavirusla bağlı məlumatları gizlədir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |    

Mayk Pompeo: "Çin koronavirusla bağlı məlumatları gizlədir"

Çin hökumətinin əvvəldən koronavirusla bağlı məlumatları xəsisliklə açıqlaması nəticəsində ABŞ bu gün geridə qalanlar sırasındadır.

“Report” xəbər verir ki, bu barədə CNBC-yə müsahibəsində ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

O, koronavirusa qarşı peyvənd tapmaq, həmçinin bu təhlükəyə çarə olacaq məlumat əldə etmək ümidilə Çinlə işləməkdən inanılmaz dərəcədə peşman olduqlarını dilə gətirib: “İlkin mərhələdə aldığımız məlumatlar heç də mükəmməl deyildi və bizi hazırda tuş gəldiyimiz çoxlu zərbələrlə kənara atılmış bir vəziyyətə gətirib çıxarıb. Həkimlər mənə yoluxucu xəstəliyin bu yolla yayılmasının inandırıcı olmadığını deyiblər. Bu, Amerikanın şəffaf və açıq şəkildə çalışaraq zəruri məlumatların paylaşılacağı bir yol deyil”.

ABŞ dövlət katibi koronavirus epidemiyasının Çindən kənar mənşəyə malik olması barədə Çinin hökumətyönlü mediasında irəli sürülən fikirlərə qarşı çıxaraq bildirib: “Çin Kommunist Partiyasının bir çox nüfuzlu nümayəndələri bunun Uhandan gəldiyini deyiblər. Bu heç də Mayk Pompeonun sözləri deyil. Biz bunun haradan başladığını bildiyimizə yüksək səviyyədə əminik”.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı azı 225-ə, ölüm halları isə 12-yə çatıb. Ölənlərin 11-i Vaşinqton, biri isə Kaliforniyadandır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 494 06.03.20 21:16