Bakıda eyni binanın damında son bir ayda ikinci dəfə yanğın baş verib – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda eyni binanın damında son bir ayda ikinci dəfə yanğın baş verib – VİDEO
Bakının Nəsimi rayonu 28 may və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının damında son bir ayda ikinci yanğın hadisəsi baş verib.

Dərhal əraziyə FHN-nin Yanğından Mühafizə xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Baş verə biləcək hadisələrin qarşısını almaq üçün ətraf küçələrdə avtomobillərin hərəkətləri məhdudlaşdırılıb.

Onu da qeyd edək ki, sözügedən binada fevralın 20-də daha bir yanğın qeydə alınmışdı.

Faktla bağlı müvaiq araşdırma aparılır.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          624 06.03.20 11:32