Biləsuvarda iki "VAZ" toqquşub: 1 nəfər ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Biləsuvarda iki "VAZ" toqquşub: 1 nəfər ölüb
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, martın 5-də saat 2 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində M.Nəsibovun idarə etdiyi "VAZ-21014" və N.Şirinovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölüb, 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          558 05.03.20 20:47