Azərbaycanda basketbol çempionatı dayandırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanda basketbol çempionatı dayandırıldı
Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb.

Bildirilib ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatına uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          704 03.03.20 15:33