Türkiyədə vəfat edən azərbaycanlı prokurorun ölümü ilə bağlı iddia - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

Türkiyədə vəfat edən azərbaycanlı prokurorun ölümü ilə bağlı iddia - VİDEO

Azərbaycandan olan prokuror 29 yaşlı Emin Hüseynovun Türkiyənin Antalya şəhərində tətildə olarkən idman zalında ölməsi ilə bağlı yeni şok iddialar ortaya çıxıb.

Bu barədə “Hürriyet” xəbər yayıb.


E.Hüseynov xanımı E.H. ilə birlikdə 2017-ci ilin avqust ayında Antalyaya tətilə gedib. Lara turizm bölgəsində beşulduzlu oteldə qalan E.Hüseynovun avqustun 18-də günorta saatlarında otelin idman zalında halı pisləşib. O, dərhal özəl xəstəxanaya aparılıb, oradan isə Akdeniz Universitet Xəstəxanasına köçürülüb. Həkimlərin səyinə baxmayaraq, Eminin həyatını xilas etmək mümkün olmayıb.

Oğlunun zəhərlənərək öldürüldüyünü irəli sürən ata Bəybala Hüseynov xəstəxanada Eminin ekspertiza üçün yarılmadığını, polis və ədliyyə qurumlarına məlumat verilmədən cənazəsinin Azərbaycana göndərildiyini bildirib.


Vəkil Elçin Məmməd vasitəsilə həm Antalyada, həm də Azərbaycanda ədliyyə qurumlarına müraciət etdiklərini bildirən B.Hüseynov oğlunun aparıldığı xəstəxanada qanında tapılan prokaltsitonin səviyyəsinin yüksəlməsinin zəhərlənməyə görə baş verdiyini öyrənib. Atanın sözlərinə görə, mütəxəssislərdən aldığı arayışda onun xaricdən qəbul edilən bir maddə ilə zəhərləndiyi yazılıb.

Şübhəli gəmi gəzintisi

Tətil proqramında olmamasına rəğmən oğlunun ölümündən bir gün əvvəl gəmi turuna çıxdığını, zəhərlənmə hadisəsinin də bu səfərdə həyata keçirildiyini bildirən B.Hüseynov həmin səfəri təşkil edən şəxs və ya şirkətlə heç cürə əlaqə yarada bilmədiyini vurğulayıb.

Bundan başqa o, oğlunun qan analizlərinin cavablarının gizlədilməsi iddiası ilə həkimlərin də istintaqa cəlb olunması tələbini irəli sürüb.

Antalya Baş Prokurorluğuna yeni müraciət

Vəkil Elçin Məmməd Azərbaycandan əlavə, Antalya Respublika Baş Prokurorluğunda dəfələrlə iddia qaldırdıqlarını, sonuncu dəfə isə 2020-ci ilin fevralın 28-də yenə müraciət etdiklərini deyib.

“Mərhumun ölümü onu müalicə edən həkim və xəstəxana heyəti tərəfindən hadisədən sonra ədliyyə qurumlarına bildirilməyib. O, öləndən sonra təbii ölüm arayışı hazırlanaraq xəstəxanadan çıxarılıb və Azərbaycana gətirilərək dəfn edilib. Bu hadisəni ədliyyə qurumlarına bildirməyən şəxslər və həkim haqqında aparılan istintaqın tamamlanması zəruridir”.

Elçin Məmməd müdafiə tərəfinin mərhumun xanımı E.H.-nın da ərinin ölümündə əli olmasından şübhələndiklərini bildirib:

“Mərhum qaraciyər əməliyyatı keçirdikdən sonra dərman qəbul etdiyi halda, E.H. bunu onu müalicə edən həkimlərə deməyib. O, ərinin ölümündən sonra mərhuma aid telefondan bütün məlumatları silib. Müvəkkilin bununla bağlı suallarına isə yanlış və ziddiyyətli cavablar verən E.H. əri xəstəxanada olduğu vaxt konsertə gedəcək qədər laqeyd davrana bilib”.

Telefonu dənizə atılıb

Vəkil Elçin Məmməd bundan başqa E.H.-nın anası A.M. ilə mərhumun cib telefonunu dənizə atdığını deyən qardaşı O.M.-in də hadisə ilə bağlı şübhəlilər siyahısında olduğunu deyib.

“Bu şəxsləri ətraflı dindirmək, gizlətdikləri məsələləri aydınlaşdırmaq və onlara qarşı məhkəmə iddiası qaldırmaq lazımdır”.

Arayışda tətili təşkil edən firma sahibi Y.N. və D.İ. adlı şəxslərin planda olmayan gəmi gəzintisini gizlətdikləri, istintaqı yanıltdıqları və ətraflı dindirilməli olduqları vurğulanıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 613 02.03.20 15:06