Dövlət başçısı: "Biz artıq tranzit ölkəyik, tranzit ölkə kimi rolumuz, əminəm ki, artacaq" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Dövlət başçısı: "Biz artıq tranzit ölkəyik, tranzit ölkə kimi rolumuz, əminəm ki, artacaq"

“Düşünürəm ki, Məşvərət Şurası bu layihənin həyata keçirilməsində çox vacib rol oynayıb. Çünki biz hər il təkcə Bakıda görüşmürük. İl ərzində çoxsaylı görüşlər, məsləhətləşmələr keçirilir və layihəni irəliyə aparmaq üçün vacib qərarlar verilir”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edən zaman deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu müddət ərzində həm də etibarlı tranzit ölkəyə çevrilib: “Təkcə təchizatçı deyil, həm də tranzit ölkəyə çevrildi. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri tərəfindən bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan neft bizim sistemimiz – Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql edilir. Beləliklə, biz artıq tranzit ölkəyik. Tranzit ölkə kimi rolumuz əminəm ki, artacaq. Bu, həmçinin Azərbaycanın nəqliyyat sektorunun sürətli inkişafını stimullaşdırmışdır. Bu gün bu sektor çox müasir və səmərəlidir, Avrasiya nəqliyyat qovşağı kimi mövqelərimizi gücləndirməyə kömək edəcək. Xəzərdəki ən böyük donanma bizə məxsusdur, 200-dən çox gəmimiz var”.

Prezident İlham Əliyev deyib ki, hazırda Azərbaycanda həm ölkəmiz, həm də konsorsium üçün zəruri gəmilər istehsal edən çox müasir gəmiqayırma zavodu var: “Biz 6 beynəlxalq hava limanı tikmişik. Onlardan biri – Heydər Əliyev Beynəlxalq Aeroportu 5 ulduza layiq görülmüş hava limanıdır. Bu, dünyadakı beşulduzlu 10 hava limanından biridir. Biz dəmir yolu sistemimizi müasirləşdirmişik və bu proses davam etməkdədir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ci yerdədir. Azərbaycan hava yollarının səmərəliliyinə görə dünyada 11-ci yerdədir. Yolların keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. İnfrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdəyik. Beləliklə, nəqliyyat sektorunun inkişafı çox sürətli olub”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 154 28.02.20 23:56