İran parlamentində 4 nəfər koronavirusa yoluxub, bütün iclaslar təxirə salınıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İran parlamentində 4 nəfər koronavirusa yoluxub, bütün iclaslar təxirə salınıb

İran parlamenti koronavirus epidemiyası ilə əlaqədar bütün iclaslarını təxirə salıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İslami Şura məclisinin sözçüsü Əsədullah Abbasi deyib.

O bildirib ki, ölkədə koronavirus yayıldığı üçün Rəyasət Heyətinin qərarı ilə əlavə məlumat verilənədək hər hansı sessiya keçirilməyəcək.

Qeyd edək ki, parlamentin Rəyasət Heyətinin üzvü Məhəmməd Əli Vəkili bu gün səhər “Twitter”dəki səhifəsində parlamentin deputatlarının hamısının koronavirusa görə müayinə olunduğunu yazıb: "290 parlament üzvünün 30-nun müayinə nəticələri açıqlanıb. Onlardan 4 nəfərdə koronavirus aşkarlanıb, qalan üzvlərin də ardıcıl olaraq müayinəsinin nəticəsi açıqlanacaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 043 28.02.20 21:41