Koronavirus təlaşı: “Qırmızı körpü”dən keçənlər yoxlanılmır? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |    

Koronavirus təlaşı: “Qırmızı körpü”dən keçənlər yoxlanılmır? - VİDEO

Azərbaycanla Gürcüstan arasındakı “Qırmızı Körpü” keçid məntəqəsi fəaliyyətini davam etdirir. Gün ərzində bu sərhəd-keçid məntəqəsində fasilə yaranmayıb.

Buraxılış məntəqəsindən keçənlərin əksəriyyəti qoruyucu maskalardan istifadə edirlər. Elə sərhəd-keçid məntəqəsinin bütün əməkdaşları da qoruyucu maskalar taxır.

Gürcüstandan fərqli olaraq, Azərbaycan tərəfdə vətəndaşlar nədənsə tibbi yoxlamadan keçmirlər. Apardığımız qısa sorğu belə deməyə əsas verir.

Vətəndaşların sözlərinə görə, Gürcüstandan Azərbaycana və ya Azərbaycandan Gürcüstana keçdikləri zaman Azərbaycan gömrüyündə onların tibbi müayinəsi aparılmır.

Gürcüstanda koronovirusun yayılması xəbəri qonşu ölkəyə gedənlərin də sayına təsir edib. Adi günlərdən fərqli olaraq, bu günlərdə Gürcüstana getmək istəyən Azərbaycan vətəndaşlarının sayında kifayət qədər azalma var. Elə keçid məntəqəsində müşahidə olunan seyrəklik də buna bariz nümunədir.

Dünən İrandan gələrək, Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən şəxsdə koronavirus aşkarlanıb. Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb.

Həmin vətəndaş Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu vasitəsilə ölkəni tərk edib. Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan aydın görünür ki, məhz xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 579 27.02.20 23:27