Azərbaycanın qonşularından İran və Rusiyadan sonra Gürcüstanda da koronavirus aşkarlanıb. Bu gün qonşu dövlətin səhiyyə naziri Yekaterina Tikaradze bu haqda məlumat verib.
Nazir koronavirusa yoluxmuş şəxsin Azərbaycandan gəldiyini bildirib. Həmin adam İrandan əvvəlcə bizim ölkəyə gəlib, Gürcüstana keçəndə sərhəddə virusa yoluxduğu müəyyənləşib. Maraqlıdır ki, xəstə İran-Azərbaycan sərhədini sərbəst keçə bilib və karantinə alınmayıb.
Koronavirusa yoluxma halı aşkarlanandan sonra Gürcüstan Azərbaycanla sərhədi iki həftəlik bağlamaq qərarı verib.
Azərbaycanın rəsmi qurumları hələ də ölkədə koronavirusa yoluxma halının olmadığını bildirirlər.