Saxta kərə yağı istehsal edən daha bir müəssisə bağlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |    

Saxta kərə yağı istehsal edən daha bir müəssisə bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilmədiyi və kərə yağı istehsalında istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına yol verildiyi məlum olub.

Belə ki, kərə yağı adı altında istehsal olunan və satışa çıxarılan yağların istehsalı zamanı baytarlıq ekspertizasından keçirilməyən (mənşəyi məlum olmayan) südün tərkibindəki təbii yağ separator vasitəsilə kənarlaşdırılaraq əvəzində bitki mənşəli yağ əlavə edilir. Müəyyən müddət soyuducuda saxlanıldıqdan sonra isə kustar üsullarla nehrə aparatına ötürülür və saxta kərə yağı istehsal olunur. Yağ polietilen paketlərdə qablaşdırılaraq, üzərində heç bir etiket məlumatları qeyd edilmir.

Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            910 26.02.20 19:36