Biləsuvarda zibillik əlindən tərpənmək mümkün deyil: “Burada koronavirus da, taun da olar” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Biləsuvarda zibillik əlindən tərpənmək mümkün deyil: “Burada koronavirus da, taun da olar”

Biləsuvar rayon İcra Hakimiyyətinin yaxınlığındakı ərazi zibilliyə çevrilib.

Oxu.Az xəbər verir ki, məsələ illə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

İddia edilir ki, foto Biləsuvarın mərkəzi küçələrindən birində lentə alınıb:

“Bura rayon İcra Hakimiyyətinin 100 metr yaxınlığında yerləşən ərazidir. Ərazinin təmizliyinə baxan yoxdur. Bu zibillikdə “koronavirus” nədir, “taun” xəstəliyi də tüğyan edər. O işıqlı binada əyləşən cənablar küçələrə tökülən zibillərin təmizlənməsinə baxmırlar”.

Məsələ ilə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, sözügedən ərazidə məişət tullantıları yoxdur:

“Rayonda küçələrin təmizliyinə mütəmadi nəzarət olunur. Parkların, mərkəzi küçələrin təmizliyinə xüsusi diqqət yetirilir. Ətraf küçələr də diqqət mərkəzindən kənarda qalmır. Yaşayış massivlərində ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət tullantıları aidiyyəti üzrə təmizlənir. Toplanılan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            939 25.02.20 18:40