“Diamond Princess”də olan ukraynalılar vətənlərinə təxliyyə olunmaq istəmirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

“Diamond Princess”də olan ukraynalılar vətənlərinə təxliyyə olunmaq istəmirlər

“Diamond Princess” kruiz gəmisində olan ukraynalıların əksəriyyəti vətənlərinə təxliyyə edilməkdən imtina ediblər.

Bu barədə “Gromadskoe radio” Ukrayna Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Nazirliyin Konsulluq Xidmətləri İdarəsinin böhran idarəetmə şöbəsinin müdiri Maksim Kovalenkonun sözlərinə görə, “Diamond Princess” kruiz gəmisində olan Ukrayna vətəndaşları vətənlərinə təxliyyə olunmaq istəmirlər.

Hazırda 23 ukraynalının gəmidə, ikisinin isə xəstəxanada olduğu dəqiqləşdirilib. Onların hamısı ekipaj üzvləridir.

“Həmin şəxslərin öhdəlikləri müqavilə ilə müəyyən edilir, istəkləri də nəzərə alınır. İndiyə qədər onlardan 24-ü artıq Ukraynaya qayıtmaq niyyətində olmadıqlarını bildiriblər”, - deyə Kovalenko qeyd edib.

O deyib ki, Ukraynanın Yaponiyadakı səfirliyi, eləcə də ölkənin Xarici İşlər və Səhiyyə nazirlikləri ukraynalıların fikirlərinin dəyişə biləcəyini istisna etmirlər.

Qeyd edək ki, fevralın 5-də sərnişinlərdən birində koronavirus aşkarlandıqdan sonra “Diamond Princess” kruiz gəmisi Yaponiya sahillərində karantinə alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            792 25.02.20 12:58