Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Dilşad Əhədovanın müraciətinə baxılıb.
APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.
İ. Məmmədov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.
MSK 64 saylı Sabirabad İkinci Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.