Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |    

Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı - RƏSMİ

Sabunçu rayonu Maştağa qəsəbəsində evlərə təbii qazın verilməsi dayandırılıb.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib.

Onlar qaz təchizatının dayandırılmasının səbəbləri barədə məlumatsız olduqlarını bildiriblər.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər Oxu.Az-a açıqlamasında sözügedən ərazidə evlərə qaz təchizatının dayandırıldığını təsdiqləyib.

Onun sözlərinə görə, bu ərazidə təbii qazın verilməsinin dayandırılmasına səbəb qaz kəmərlərinə qanunsuz qoşulmaların aşkar edilməsidir:

“Belə hallarla daha çox Sabunçu rayonunun Maştağa və Kürdəxanı qəsəbələri, Nardaran kəndində, Binəqədi rayonunun Xocahəsən qəsəbəsi, Abşeron rayonunun Hökməli qəsəbəsi, Suraxanı rayonu Zığ kəndində və Xəzər rayonu Binə qəsəbəsində rastlaşmışıq. “Azəriqaz” İB qaz kəmərlərinə qanunsuz qoşulmaların qarşısını almaq üçün kəmərləri saxlayan dirəklərdən deşik açmaq məcburiyyətində qalıb.

Çünki əksər hallarda qanunsuz qoşulma aparanlar rezin borunu torpağın altından çəkir, dirəyin içərisi ilə yeridir və qaz xəttinin dirəyə oturduğu yerdən calaq etməklə qoşma aparır. Qoşma da özbaşına qaynaqsız olduğu üçün qazın çox hissəsi rezin borunun qoşulduğu yerin kənarlarından havaya uçur. “Azəriqaz” İB-nin qazdan qanunsuz istifadə edənlərin həyətlərinə daxil olmaq, mənzillərinə baxmaq səlahiyyəti yoxdur.

Amma bilinən odur ki, bəziləri öz həyətindən də digər qonşularına qaz paylayır, istixanalarını qazla təmin edir, bir sözlə, özü üçün mini “qaz paylayıcı şəbəkə” yaradır”.

C.Səfərli onu da əlavə edib ki, ötən il ərzində 42 mindən çox qanunsuz qoşulma aşkarlanıb:

“Ötən ilin 12 ayı ərzində qeyri-qanuni qoşulma hallarına görə, ölkə üzrə 42 839 (42 520 əhali qrupu, 319 qeyri-əhali qrupu) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunub.

67 531 071 m3 (bura qeyri-əhali qrupuna aid 5 902 291 m3 də daxildir) qaz itkisi hesablanıb. Qaz təsərrüfatına 6 753 107 manat (o cümlədən qeyri-əhali üzrə 1 180 458 manat) məbləğində ziyan dəyib. Bu ziyanın böyük əksəriyyəti Bakı şəhəri və paytaxt ətrafı ərazilərə aiddir. Çünki regionlarda əhali və qeyri-əhali üzrə cəmi 2199 akt tərtib olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq, həmin şəxsdən tələb etməlidir. Lakin bu Qaydalarda itirilmiş qazın bərpası üçün borcun hesablanmasına aid hansısa bir düstur yoxdur. Elə buna görə də mövcud qanunvericiliyin üzərində təkmilləşdirilmə işləri aparılır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            967 24.02.20 19:56