Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı |
Mojo.az Avto
Mojo.az Avto

Kürdəmirdə ana və körpənin müəmmalı ölümünün TƏFƏRRÜATI

24.02.2020 16:06 4 766
Kürdəmirdə ana və körpənin müəmmalı ölümünün TƏFƏRRÜATI
Azərbaycanın Kürdəmir rayonunun Şüşün kəndində ana və övladının ölümü çoxlu suallar doğurub. Faktla əlaqədar yaradılan istintaq-əməliyyat qrupu fevralın 22-də gecə baş verən faciəni aydınlaşdırmağa kömək edəcək məhkəmə-tibbi ekspertizasının nəticələrini gözləyir.

Həmin gün Şüşün kəndində quyudan Leyla Cəfərovanın (1998-ci il təvəllüdlü) cəsədi tapılıb. Evdə isə onun yaş yarımlıq oğlu Hilalın meyiti aşkarlanıb.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi başlanıb.

Qeyd edək ki, daha əvvəl mediada 1977-ci il təvəllüdlü Leyla Qəmbərovanın öldüyü barədə məlumat yayılmışdı. Oxu.Az bu məlumatı dəqiqləşdirib. Faciənin bəzi təfərrüatları da məlum olub.

İlk olaraq bildirək ki, Cəfərova Leylanın qızlıq soyadıdır və o, 1998-ci il təvəllüdlüdür.

L.Cəfərovanın cəsədi qayınanası tərəfindən tapılıb. Səhər saatlarında qadın dərinliyi bir metrdən bir az artıq olan quyudan su çəkmək istəyərkən gəlininin cəsədini tapıb.

Qayınanası L.Cəfərovanı quyudan çıxararaq süni tənəffüs tətbiq etməyə çalışıb, lakin bu, heç bir nəticə verməyib. Elə həmin vaxt körpə Hilalın öldüyü məlum olub.

Məlumdur ki, ana və uşağın cəsədlərində zorakı ölüm əlamətləri müəyyən edilməyib. Hadisə yerinə gələn kriminoloqlar L.Cəfərovanın əlində ölümlə nəticələnməyəcək kiçik kəsik izi aşkar ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları quyunu qurudublar və onun dibində vinil plastik parçası tapıblar. Suya yıxılan qadının bunun vasitəsilə kəsik yarası ala biləcəyi ehtimal edilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qətl ehtimalını da istisna etməyiblər, lakin indiyə qədər bu faktla bağlı heç kim saxlanılmayıb.

L.Cəfərovanın həyat yoldaşı Orxan Qəmbərov ilkin dindirmədə hadisə baş verən zaman yuxuda olduğunu və buna görə nə baş verdiyini bilmədiyini deyib. Kişinin dediyinə görə, onu yuxudan oyadaraq həyat yoldaşı və uşağının öldüyünü bildiriblər.

O vurğulayıb ki, arvadı həmişə daha əvvəl yuxudan qalxaraq səhər yeməyi hazırlayar, sonra isə onu oyadardı.

L.Cəfərova və O.Qəmbərov əmi uşaqlarıdır. Onlar dörd il əvvəl evləniblər. Cəfərovanın valideynləri əslən Şüşün kəndindən olsalar da, Kürdəmir şəhərində yaşayırlar.

Uşağa gəlincə, əldə edilən məlumatlara görə, o, bağırsaq keçməzliyindən əziyyət çəkirdi və bir müddət əvvəl əməliyyat olunub. Son aylarda uşaq özünü yaxşı hiss edib. Kənd sakinlərinin sözlərinə görə, ölümündən bir gün əvvəl Hilal babası ilə evin yaxınlığında topla oynayıb.

Qonşular Leyla Cəfərova və Orxan Qəmbərovun bir-biri ilə yaxşı münasibətdə olduğunu deyiblər. Yerli sakinlər onları sakit ailə kimi tanıyıb.

Qeyd edək ki, ana və uşağın yumşaq toxumalarının və qanının nümunələri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin histoloji laboratoriyasına göndərilib.

Son xəbərlər