Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda


Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

Bu barədə Oxu.Az-a Hafiz Hacıyevin özü məlumat verib.

O bildirib ki, ürəyində problemlər var və bir neçə gündür xəstəxanadadır.

“Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm”, - deyə Hafiz Hacıyev söyləyib.

Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          504 24.02.20 15:54