Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı
Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqədə 3-cü yer uğrunda görüşə çıxıb.

Median.Az
modern.az-a istinadən bildirir ki, rəqib sloveniyalı Martin Hojak olub. Görüşün gedişində Hojakın burnundan bir neçə dəfə qan açılıb. Sona doğru Orucov vaza-ari xalı ilə qələbəyə nail olub.

Bu, Azərbaycanın hazırkı yarışda ilk medalı olub. İlk yarış günündə Orxan Səfərov 66 kq çəkidə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Rüstəm Orucov Böyük Dəbilqədə mübarizəyə 1/32 final mərhələsindən başlayıb. 29 yaşlı idmançı ardıcıl olaraq, ispaniyalı Salvador Cases Roka, ABŞ təmsilçisi Aleksander Törner, misirli Məhəmməd Mohyeldin və monqolustanlı Tsonqbaatar Tsend-Oçirə qalib gəlib. Yarımfinalda isə Orucov cənubi koreyalı An Çanqrimə uduzub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 039 22.02.20 21:25