Rusiyaya qanunsuz tütün keçirmək istəyən azərbaycanlı saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Rusiyaya qanunsuz tütün keçirmək istəyən azərbaycanlı saxlanıldı
Azərbaycanlı Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd gömrük məntəqəsindən qanunsuz tütün keçirmək istəyib.

Skfo.ru-nun verdiyi xəbərə görə, Rusiyaya gedən “Mercedes-Benz” markalı avtomobildən 1500 qutu çeynənən tütün aşkar edilib.

45 kq-dan çox ağırlıqda olan tütün maşının baqaj hissəsindən tapılıb.

Qeyri-qanuni gətirilən mallar müsadirə olunaraq ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          859 22.02.20 20:58