İsmayıl Vəliyev məhkəmənin qərarı ilə 4 ay həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda


İsmayıl Vəliyev məhkəmənin qərarı ilə 4 ay həbs edildi
Səbail rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar rüşvət alma, rüşvət vermə, mənimsəmə və vəzifələ səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 069 22.02.20 19:58