Bakıda daha bir avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
Daha bir avtobus sürücüsünün qaydaları kobud surətdə pozmasının görüntüləri yayılıb.
35 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü bütün yol boyu mobil telefonla danışıb.
Sürücünün sükan arxasında telefonla danışdığına dair videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Paylaşım edən şəxs videonun yanvarın 22-də lentə alındığını qeyd edib:
“35 nömrəli avtobusun sürücüsü demək olar ki, bütün yol boyu telefonla danışıb. Bakıxanovda yerləşən “Badu Kübə” restoranından Əhmədli metrosuna qədər telefonu yerə qoymayıb”.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!