Mojo.az Banner
12:27 Azərbaycanda bir kəndi su basıb  |     12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |     11:53 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  |     11:16 Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər  |     11:14 Məktəblərdə "saat savaşı" — Dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır?  |     23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |    
Mojo.az Avto
Mojo.az Avto

Zaur Darabzadə MSK-nın qərarından narazılığını bildirib

21.02.2020 20:52 1 750
Zaur Darabzadə MSK-nın qərarından narazılığını bildirib
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 23 saylı Nəsimi – Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Darabzadə Zaur Mehrab oğlu 2020-ci il fevralın 13-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini iddia etmiş və bu pozuntuların araşdırılmasını xahiş edib.

Bu barədə AZƏRTAC xəbər verib.

Xəbərə görə, müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək rəy verilmiş və komissiyanın iclasında baxılıb.

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy verib.

Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 2.5-ci bəndinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 23 saylı Nəsimi – Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Darabzadə Zaur Mehrab oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 155 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən şikayət etmiş şəxslərə geri göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sözügedən məsələyə Zaur Darabzadə öz sosial media hesabında münasibət bildirib. O, qeyd edib ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi internet səhifəsində dərc edilmiş qərara əsasən ona MSK-ya ünvanlanan müraciətinin müddət ötürüldüyündən baxılmayaraq geri qaytarılması məlum olub:

“Təəssüflər olsun ki, həmin qərar qəbul edilərkən nə mənim, nə də nümayəndəmin bu barədə məlumatı olmayıb, bizə həmin qərar qəbul edilərkən ümumiyyətlə məlumat verilməyib, hətta bugünədək rəsmi qaydada təqdim olunmayıb.

Müraciətə baxılmama səbəbi kimi, ərizənin 13.02.2020-ci il tarixində təqdim olunması göstərilib. Yəni qanunla üç gün ərzində şikayətə baxılması əsas kimi qeyd edilib.

Lakin məlumdur ki, Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu barədə məlumat aldığı gündən başlayaraq üç gün müddətində şikayət edə bilər.

Əgər seçkilərin nəticələrini əks etdirən protokollar əksər 23 saylı Nəsimi-Səbail seçki dairəsinin məntəqələrində (1,7,8,9,30,31 və s.) 10 fevral tarixindən başlayaraq gecə saatlarında hesablanmışdırsa, 16 məntəqənin protokolu 10 fevral tarixdə bizə təqdim olunmuşdursa, 13.02.2020-ci il tarixdə ərizə ilə müraciət edildiyi zaman hər hansı müddətlə bağlı qanun pozulmamış, əksinə növbəti dəfə mənim seçki ilə bağlı hüquqlarım sərt şəkildə pozulmuş hesab olunmalıdır. Ən azı, təqdim olunmuş sübutlar, faktlar araşdırılmalıdır.

MSK tərəfindən dəfələrlə bütün vətəndaşlara müraciət olunub ki, əlinizdə olan pozuntu faktlarını, sübutları təqdim edin, araşdırılsın. Yəni haqq-ədalət öz yerini tapsın, qanun pozuntularını müəyyən etmək mümkün olsun.

Ona görə də hesab edirəm ki, mənim də müraciətimə MSK tərəfindən baxılaraq obyektiv araşdırılacaq və ən qısa zamanda hüquqi qiymət veriləcək.скачать dle 11.3
Mojo.az Banner