Mojo.az Banner
22:58 Şəhriyar və Teymur milyonlar qazanıb - siyahı  |     22:51 Bakıda daha bir bina sökülür: kompensasiya məbləği açıqlandı  |     22:45 ABŞ-nin vitse-prezidenti narkomanlardan üzr istədi  |     22:40 Azərbaycanın atletika üzrə milli komandasına yeni baş məşqçi təyin edildi  |     22:40 Leyla Əliyeva Qusarda Rəmixanovların ailəsinin mətbəxindən video paylaşdı - VİDEO  |     22:35 İranda internet bağlantısında problemlər qeydə alınır  |     22:32 ABŞ 39 ölkənin vətəndaşları üçün viza məhdudiyyəti tətbiq edir  |     22:26 16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı  |     22:20 Xətai rayonunda ağaclar kəsildi: Toplanan materiallar Baş Prokurorluğa göndəriləcək  |     22:12 Ağcabədidə meşədə çobanın meyiti tapılıb  |     22:04 Sahil Babayevə yeni müavin təyin olunub  |     21:58 Maduronun Putinə yazdığı məktubda ondan nələr tələb etdiyi açıqlanıb  |     21:50 Yumurta niyə bahalaşır? - AÇIQLAMA  |     21:42 Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq  |     21:36 Goranboyda avtomobil piyadanı vuraraq öldürüb  |     21:28 Rusiya “İsgəndər”ləri İŞƏ SALDI - Zelenskinin doğma şəhərini VURDU  |     21:20 Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı  |     21:12 Bu təhsil idarəsinə yeni sektor müdiri təyin edildi  |     21:05 İranda etirazçılar Abbas məqbərəsini yandırdılar  |     20:55 Putin bu şəxsi əfv etdi  |    
Left Banner
Right Banner

Küçədə arvadını və uşağını döyən kişi ilə bağlı rəsmi AÇIQLAMA

21.02.2020 17:25 1 513
Küçədə arvadını və uşağını döyən kişi ilə bağlı rəsmi AÇIQLAMA
Bakı Şəhər Baş Polis İdarəsi (BPİ) küçədə kişinin həyat yoldaşını və uşağını döyməsi ilə bağlı məlumat yayıb.

Bakı Şəhər BPİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb.

“Bu barədə həmin şəxslər müəyyən olunaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər. Avtomobil tərəfimizdən aşkarlanıb”.

İdarədən qeyd edilib ki, faktla bağlı Yasamal RPİ 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, jurnalist Günay Arda ötən gün sosial şəbəkədə “İnşaatçılar” metrostansiyasının yaxınlığında kişinin həyat yoldaşını və yanındakı azyaşlını döyməsi barədə məlumat paylaşıb. O bildirib ki, kişi uşağı və qadını üz-gözündən qan axa-axa maşına basıb aparıb.


скачать dle 11.3