Bakıdan Türkiyəyə uçan təyyarə məcburi eniş etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıdan Türkiyəyə uçan təyyarə məcburi eniş etdi
Bakıdan Alanyaya uçan təyyarə Ankarada məcburi eniş edib.

Bununla bağlı “Buta Airways” məlumat yayıb:

“Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib”.

Məlumatda qeyd edilib ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          690 21.02.20 13:50