Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər
Bakıda bağ evinə qonaq gedən cütlük dəm qazından boğularaq ölüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, “Aqroprom” bağları ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Cavadov Natiq Əfsər oğlu və 1967-ci il təvəllüdlü Zeynalova Aytən Hətəm qızı qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazının təsirindən zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          747 21.02.20 12:48