Qubad İbadoğlunun döyülən qızına cinayət işi açıldı (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Qubad İbadoğlunun döyülən qızına cinayət işi açıldı (VİDEO)

Tanınmış iqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun qızı Jalə Bayramovaya cinayət işi açılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Q.İbadoğlu məlumat yayıb.

"Bu da "Ədalət"in zəfər çaldığı Azərbaycan. Gözləntilərimiz özünü doğrultmaqdadır. Azadəyə deyil, Jaləyə qarşı cinayət işi açılıb. Jalənin seçki məntəqəsində döyülməsinə MSK sədrinin münasibətini təqdim edirəm: "Digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin, bu xanım isə çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, kiminsə onu çəkməsini istəməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər".

Əvvala, MSK sədrinin digər xanım adlandırdığı Azadə Kərimovanın həmin məntəqədə seçici deyil, ümumiyyətlə onun məntəqədə mövcudluğu faktı qanunsuzdur. İkincisi, Jaləni DSK sədri Mübariz Əmirov bunu çək onu çək deyə çəkməyə dəvət edib. Çəkiliş isə küçədə deyil, seçki məntəqəsində olub. Nəhayət, Jalə vəhşicəsinə döyülüb, fiziki zor faktı göz qabağındadır, bu videoları izləyənləri də hiddətləndirib, amma döyənə qarşı işi bağlayıb, döyülənə qarşı iş açmaq onu göstərir ki, bu siyasi sifarişlidir. Odur ki, bu iş qanunla deyil, şəxsi göstərişlə icra olunur” – Q.İbadoğlu qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 034 20.02.20 23:18