Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ Seçki Dairəsi üzrə daxil olan müraciətlərə də baxılıb.
Oxu.Az-ın xəbərinə görə, MSK-nın iclasında bununla bağlı qərar verilib.
Qərarla həmin dairənin 30 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.
Bundan əlavə sözügedən iclasda həmçinin 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi üzrə daxil olan müraciətlər müzakirəyə çıxarılıb.
MSK şikayətlərlə bağlı qərara alıb ki, adıçəkilən dairənin 14, 17, 23, 25 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılsın.
***
Mərkəzi Seçki Komissiyasında (MSK) 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi üzrə namizəd Sitarə Zeynalovanın müraciəti müzakirəyə çıxarılıb.
Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
MSK iclasda qərara alıb ki, adıçəkilən dairənin 8 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılsın.
Qeyd edək ki, həmin dairənin lider namizədi Musa Quliyevdir.