Bakıda arvadını öldürmək istəyənə ağır cəza verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda arvadını öldürmək istəyənə ağır cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Natiq Dədəcanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Samir Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, N.Dədəcanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

N.Dədəcanov bir müddətdir ayrı yaşadığı həyat yoldaşı Vüsalə Dədəcanovanı Mərdəkan qəsəbəsindəki poçtun qarşısında öldürmək istəyib.

Səbəb isə Natiqin həyat yoldaşı tərəfindən evdən qovulması olub. Bir müddət Bakıda parklarda yatan Natiq evə qayıtmaq istəsə də, arvadı onun ailəsinə qarşı laqeyd olmasını, işləməməsini səbəb göstərərək, buna icazə verməyib.

Hadisə baş verən gün Vüsalə Binədəki evindən çıxıb, Mərdəkana gedərkən Natiq poçtun qarşısında arxadan ona yaxınlaşıb. Azyaşlı uşaqlarının gözü qarşısında onun boynundan tutaraq, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Vüsalə vaxtında müqavimət göstərib, bıçaq zərbələrinin bir neçəsindən yayınıb. Sonuncu zərbə Vüsalənin çiyin nahiyəsindən dəyərkən bıçağın tiyəsi sınıb.

Natiqə adam öldürməyə cəhd ittihamı verilsə də, o bildirib ki, Vüsaləni öldürmək niyyəti olmayıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Hadisədən sonra N.Dədəcanov Bulvara gedərək intihara cəhd edib. Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətiriblər.

N.Dədəcanov Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 615 20.02.20 14:34